Voleybol · APA Sport
Kristina Besman: “Sona qədər mübarizə apardıq”

Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman Avro-2026-nın C qrupunda Rumıniya üzərində qazanılan qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, voleybolçu oyunun çətin keçdiyini bildirib:
“Çox çətin oyun oldu. Rumıniya güclü komandadır, xüsusilə servislərdə çox yaxşıdır. Bəzi məqamlarda qəbullarda çətinliklər yaşadıq. Lakin qalib gəlmək üçün əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq və qələbə qazandıq”.