İdman24
Futbol · APA Sport

“Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, paytaxt klubunun bu uğuru eyni zamanda çempionatdakı 1000-ci oyununa təsadüf edib.

“Ağ-qaralar” Misli Premyer Liqasının VI turunda səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edərək yubiley qələbəsinə imza atıb.

Bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 242-ci səfər qələbəsi olub. Bakı təmsilçisi doğma meydanda 301, neytral stadionlarda isə 7 dəfə qalib gəlib.

“Neftçi” bununla “Qarabağ”dan sonra ölkə çempionatlarında 550 və daha çox qələbə qazanan ikinci klub kimi tarixə düşüb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 8-də qazanıb. Paytaxt klubu həmin gün Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib.

Orijinal mənbə

İdman24 əsas səhifə