İdman24
Digər · APA Sport

Sona Ağayeva Boccia üzrə Dünya çempionatında

Bocciaçımız Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək Boccia üzrə Dünya çempionatında mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

27 avqust-1 sentyabr tarixlərində keçiriləcək dünya çempionatında paralimpiyaçımız BC2 kateqoriyasında çıxış edəcək.

Qeyd edək ki, Sona Ağayevanı yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə