Futbol · APA Sport
Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama

Paraqvay millisinin yarımmüdafiəçisi Maurisio Almaniya üzərində qazanılan qələbədən sonra danışıb.
Apasport.az xəbər verir ki, futbolçu komandanın sonadək mübarizə apardığını bildirib.
“Bu gün qalib gəlməsəydik belə, meydanda ölməyə hazır idik. Biz belə komandayıq”, - deyə Maurisio bildirib.
Qeyd edək ki, Paraqvay DÇ-2026-nın 1/16 finalında Almaniya ilə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında qalib gələrək 1/8 finala yüksəlib.
Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.