Futbol · APA Sport
Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi

Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmanla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə yollar ayrılıb.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.