İdman24
Digər · Report İdman

Qaşim Maqomedov: "Hər zaman yarışlara qızıl medal qazanmaq məqsədi ilə qatılıram"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qaşim Maqomedov: "Hər zaman yarışlara qızıl medal qazanmaq məqsədi ilə qatılıram" Fərdi 03 noyabr, 2026 16:29 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvü Qaşim Maqomedov (63 kq) hər yarışa qızıl medal qazanmaq üçün çıxır.

Bunu "Report" a açıqlamasında 27 yaşlı idmançı özü bildirib.

O, Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində qızıl medala sahib çıxması barədə danışıb:

"Yarışla bağlı təəssüratlarım olduqca xoş və müsbətdir. Çünki evə əliboş qayıtmadım, əksinə, ən yüksək əyarlı medal qazandım. Təbii ki, bu, çox sevindiricidir. Müəyyən mənada belə nəticə gözləyirdim. Mən yarışa qızıl medal qazanmaq üçün getmişdim. Ümumiyyətlə, hər zaman yarışlara bu məqsədlə qatılıram. Həmişə qızıl medal qazanmaq üçün mübarizə aparıram. Bunun üçün məşq edir, çox çalışır və məşqlərə maksimum vaxt ayırıram. Özümü hər zaman ən yüksək nəticə üçün kökləyirəm".

Olimpiya mükafatçısı qazandığı medalların sayını xatırlamadığını söyləyib:

"Açığı, qazandığım medalların sayını, onların neçəsinin qızıl, gümüş və ya bürünc olduğunu heç vaxt hesablamıram. Mən yarışlara sanki bayrama gedirmiş kimi qatılıram. Yarış prosesinin özündən, mübarizə ruhundan zövq alıram. Buna görə də belə yarışlara qatıldığım üçün sevinirəm".

Q. Maqomedov əldə etdikləri nəticələrə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edib:

"Hər zaman federasiyanın dəstəyini hiss edirik. Onların dəstəyi sayəsində yarışlara yüksək əhval-ruhiyyə ilə qatılıram".

Qeyd edək ki, Azərbaycan taekvondoçularından Qaşim Maqomedovla yanaşı Minayə Əkbərova (46 kq) bürünc medala sahib çıxıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 20° C Son xəbərlər 17:50 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Digər ölkələr 17:47 Tramp Netanyahu ilə İsrailə hərbi yardımı dayandırmaq barədə razılaşdığını bəyan edib Digər ölkələr 17:43 Fon der Lyayen: Hörmüzün bağlanması Avropaya əlavə 127 milyard avroya başa gəlib Digər ölkələr 17:42 "Expressbank" Bərdədə 300 ağac əkib Ekologiya 17:41 "Yelo Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək Maliyyə 17:39 Tokayev Asel Janasovanı Qazaxıstanın nəqliyyat naziri təyin edib Region 17:38 AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb İnfrastruktur 17:37 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Xarici siyasət 17:33 Azərbaycanın qadın futbolçulardan ibarət millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə