İdman24
Digər · APA Sport

Xankəndi stadionunda ilk oyunun vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

PFL-in qərarına əsasən, noyabrın 19-da I Liqanın 8-ci turunda baş tutacaq “Xankəndi” - “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

Orijinal mənbə

İdman24 əsas səhifə