İdman24
Futbol · APA Sport

“Barselona” Premyer Liqadan transferə hazırlaşır

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvalı transfer etmək istəyir.

İspaniya nəhəngi 20 yaşlı isveçli futbolçunun keçidi üçün artıq hərəkətə keçib. Lakin “Barselona” bu transferdə rəqabətlə üzləşə bilər. Belə ki, İtaliyanın “Napoli” klubu da Berqvalın xidmətində maraqlıdır.

Qeyd edək ki, İsveç millisinin üzvü 2024-cü ildə “Yurqorden”dən “Tottenhem”ə transfer olunub. “Brommapoykarna” klubunun yetirməsi olan yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.

Orijinal mənbə

İdman24 əsas səhifə