Digər · APA Sport
“Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro

“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, Madrid klubu fransalı futbolçu üçün ən azı 70 milyon avroluq təklif gələcəyi halda onun satışını nəzərdən keçirməyə hazırdır.
İspaniya nəhəngi Kamavinqanın mümkün transferindən əldə olunacaq vəsaiti heyətin gücləndirilməsi üçün istifadə etməyi planlaşdırır.
Bununla belə, “Real” 23 yaşlı yarımmüdafiəçini 70 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Hazırda futbolçu üçün bu səviyyədə rəsmi təklif daxil olmayıb.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən “Real”ın formasını geyinir.