Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək Fərdi 20 sentyabr, 2026 11:49 Sentyabrın 21–25-də Bakıda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi, 16–21 yaşlılar arasında ölkə çempionatı və gənclər arasında "Koreya Səfiri Kuboku" turniri təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.
Dörd gün davam edəcək uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatında Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən olan taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışın ilk iki günündə 2015–2017-ci il təvəllüdlü uşaqlar, son iki günündə isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar arasında yarışda oğlanlar və qızlar 27, 30, 33, 36, 40, 44, 48, 52, 57 və +57 kq çəki dərəcələrində qalibləri müəyyənləşdirəcəklər.
16–21 yaşlıların mübarizəsində isə oğlanlar 54, 58, 63, 68, 74, 80, 87, +87 kq, qızlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəkilərdə dayanq üzərinə çıxacaqlar.
Sentyabrın 25-də isə gənclər arasında birgünlük "Koreya Səfiri Kuboku" təşkil olunacaq. Turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından 2009–2011-ci il təvəllüdlü taekvondoçular mübarizə aparacaqlar. Gənc oğlanlar 48, 55, 63, 73, +73 kq, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində yarışacaqlar.
Qeyd edək ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunda keçiriləcək. Turnirlər ATF-in təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və milli qurumun qüvvədə olan normativ tələblərinə uyğun təşkil olunacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:00 Məsim Məmmədov Çində səfərdədir Xarici siyasət 14:00 20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY Qarabağ 13:45 Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib Fərdi 13:35 Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb Region 13:21 Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək Region 13:12 "Tottenhem" Rişarlisonu BƏƏ-nin "Şabab Əl-Əhli" klubuna satmaqdan imtina edib Futbol 13:10 Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş "Sabaha doğru" sənədli filmi hazırlanıb İncəsənət 13:04 Fransada polislərlə motosikletçilərin toqquşmasından sonra beş nəfər saxlanılıb Digər ölkələr 12:51 Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.