Digər · APA Sport
Rəşid Məmmədəliyev dünya çempionatına qələbə ilə başladı - YENİLƏNİR

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında ilk görüşünə çıxıb. Apasport.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib. Məmmədəliyev rəqibinə qalib gələrək 1/16 finala yüksəlib. O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşacaq. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.