İdman24
Digər · APA Sport

U-17 DÇ: Vəfa Orucova 1/8 finalda məğlub oldu

Azərbaycan güləşçisi Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 43 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda rumıniyalı Valiya Harşana 2:5 hesabı ilə məğlub olub.

Vəfa Orucovanın təsəlliverici görüşə vəsiqə qazanması üçün rəqibinin finala yüksəlməsi lazımdır.

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə