İlqar Qurbanov: "Barselona"ya qarşı oynamaq çətindir, ustalıq səviyyəsi başqadır"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 11° C USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead İlqar Qurbanov: "Barselona"ya qarşı oynamaq çətindir, ustalıq səviyyəsi başqadır" Futbol 27 noyabr, 2026 10:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"ın üz-üzə gəldiyi İspaniyanın "Barselona" klubuna qarşı oynamaq çətindir.
Bunu "Report" a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, yığmanın direktoru İlqar Qurbanov deyib.
O, görüşlə bağlı təəssüratlarını bölüşüb:
"Ümumiyyətlə, matç maraqlı keçdi. Xüsusilə birinci hissə. Əlbəttə ki, "Barselona" komandasına qarşı oynamaq çətindir. Nə qədər çox və yaxşı hazırlaşsan da, ustalıq səviyyəsi başqadır. İlk yarıda "Sabah"ı bəyəndim. Komanda kəsərli hücumlar edirdi, real qol epizodları oldu. İkinci hissədə isə istər-istəməz "Barselona" öz ağırlığını qoydu və qollar vurdu. "Sabah"ın fərqlənməsinə gəlincə, ilk yarıdan görünürdü ki, qol vurmaq ehtimalı var. Ümumilikdə oyunun yaxşı keçdiyini düşünürəm".
O, bəzi futbolçuların meydana çıxmasından məmnunluğunu ifadə edib:
"Xəyal Əliyev, Aleksey İsayev və Rəhman Daşdəmirovun oynaması sevindirici haldır. Əlbəttə ki, bu arenalarda futbolçuların keçirdiyi hər dəqiqə həm təcrübə, həm də gələcək karyeraları baxımından çox vacibdir".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşdə "Sabah" "Barselona"ya 1:4 hesabı ilə uduzub. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirdə növbəti matçını dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 12:46 Ceyhun Bayramov estoniyalı həmkarı ilə Azərbaycanın enerji imkanlarını müzakirə edib Xarici siyasət 12:46 Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır Xarici siyasət 12:44 Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi təklif edilir Milli Məclis 12:42 Ceyhun Bayramov: Estoniya XİN rəhbəri ilə görüşün əsas məqsədi bu ölkənin Bakıda səfirliyinin açılışıdır Xarici siyasət 12:42 Məhkəmə əmri haqqında ərizəyə görə dövlət rüsumunun azaldılması birinci oxunuşda qəbul edilib Milli Məclis 12:42 Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək Milli Məclis 12:41 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Xarici siyasət 12:41 Pərviz Şahbazov Oğuzda vətəndaşları qəbul edəcək Energetika 12:40 Foto Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.