İdman24
Futbol · APA Sport

“Neftçi” “Dinamo” ilə oyun üçün Bolqarıstandadır - FOTO

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” Minskə qarşı keçirəcəyi cavab oyunu üçün Bolqarıstana yollanıb.

Apasport.az xəbər verir ki, Bakı təmsilçisi artıq qarşılaşmanın təşkil olunacağı ölkəyə çatıb.

Matç iyulun 30-da Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da, yerli vaxtla isə 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 2:4 hesabı ilə məğlub olub. Bakı təmsilçisinin mərhələ adlamaq üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir.

Orijinal mənbə

İdman24 əsas səhifə