İdman24
Futbol · APA Sport

“Sabah” 3 xalla qeyd etdi – Premyer Liqada 250-ci oyun

“Sabah” Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

Apasport.az xəbər verir ki, Bakı klubu bu göstəriciyə çatan 16-cı komanda olub.

Yubiley matçı Misli Premyer Liqasının VI turuna təsadüf edib. “Sabah” doğma meydanda “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi Premyer Liqada keçirdiyi 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 dəfə heç-heçə edib, 76 matçda isə uduzub. Oyunların 125-i evdə, eyni sayda görüş isə səfərdə baş tutub.

Qeyd edək ki, “Sabah” Azərbaycan çempionatında ilk matçını 2018-ci il avqustun 12-də keçirib. Komanda həmin gün səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Orijinal mənbə

İdman24 əsas səhifə