Futbol · APA Sport
"Çelsi"dən "Strazburq"a

"Çelsi" müdafiəçi Qenesis Antvi icarəyə verib.
Apasport.az xəbər verir ki, "zadəganlar" isveçli futbolçunu "Strazburq"a göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisi 2026/27 mövsümünü Fransa Liqa 1 təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Qenesis Antvi 2025-ci ildə "Çelsi"yə qoşulub. Gənc oyunçu London klubunun U-21 komandasında çıxış edirdi.