Futbol · APA Sport
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada “Komo”nun yunanıstanlı hücumçusu Anastasios Douvikas layiq görülüb.
UEFA-nın məlumatına görə, 27 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis, “Qalatasaray”ın futbolçusu Aleksey Batrakov və Kasper Yorgenseni qabaqlayıb.
Qeyd edək ki, Douvikas “Komo”nun səfərdə “Lans”ı 9:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada het-trik edib.