Digər · APA Sport
Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu

DR Konqo millisinin futbolçusu Yoan Vissa fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın K qrupunda Özbəkistanla keçirilən görüşün ən yaxşı oyunçusu seçib.
Vissa DR Konqonun 3:1 hesablı qələbəsində 2 qol vurub . Hücumçu qarşılaşmanı 8,7 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, DR Konqo bu nəticə ilə K qrupunu 3-cü pillədə tamamlayıb və ən yaxşı üçüncülər sırasında 1/16 finala yüksəlib.