İdman24
Futbol · APA Sport

“Neftçi”dən növbəti transfer - RƏSMİ

“Neftçi” daha bir transferini reallaşdırıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, slovakiyalı hücumçu Lyubomir Tupta "ağ-qaralar"ın heyətinə qoşulub.

28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Orijinal mənbə

İdman24 əsas səhifə