Formula 1 · F-1.az
Ferstappen: Məhz belə nəticə göstərmək istəyirdim

Maks Ferstappen Sinqapur trasında təsirli nəticələr göstərməyə davam edib və şənbə günkü sprintdəki qələbəsinə həftəsonunun əsas kvalifikasiyasında qazanılan poul mövqeyini də əlavə edib. Bu uğur Red Bull Racing komandasının niderlandlı sürücüsünün karyerasında artıq yubiley - 50-ci kvalifikasiya nailiyyəti olub, lakin Maks bazar günü Marina Bay şəhər trasında hələ start almayıb.