Konfrans Liqası: Emrelinin komandası İsveç səfərində - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə 25 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv" səfərdə "Hammarbü" ilə qarşılaşacaq.
"Ayaks" isə "Şelburn"la üz-üzə gələcək.
III təsnifat mərhələsi, cavab oyunları
19:00 "Tobol" (Qazaxıstan) - "Partizan" (Serbiya)
20:00 "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna)
20:00 "İlves" (Finlandiya) - "Riyeka" (Xorvatiya)
20:00 "Flora" (Estoniya) - "İnter" Eskaldes (Andorra)
20:00 "DAK 1904" (Slovakiya) - "Tvente" (Niderland)
20:30 RFŞ (Latviya) - "Yabloneç" (Çexiya)
21:00 "Vitebsk" (Belarus) - "Boraç" (Bosniya və Herseqovina)
21:00 "Dyor" (Macarıstan) - "Riqa" (Latviya)
21:00 "Dinamo" Minsk (Belarus) - "Braqa" (Portuqaliya)
21:00 "Norşellann" (Danimarka) - "Valur" (İslandiya)
21:00 "Tromsö" (Norveç) - ÇFR (Rumıniya)
21:00 "Hammarbü" (İsveç) - "Rakuv" (Polşa)
21:00 "Midtyullann" (Danimarka) - "Bohemians" (İrlandiya)
21:30 "Vaduts" (Lixtenşteyn) - "İnter" (Turku, Finlandiya)
21:30 "Runavik" (Farer adaları) - "Luqano" (İsveçrə)
22:00 "Sent-Qallen" (İsveçrə) - "Şerif" (Moldova)
22:00 "Drita" (Kosovo) - "Tre Fiori" (San-Marino)
22:00 "Şkendiya" (Şimali Makedoniya) - "Hibernian" (Şotlandiya)
22:15 "Syon" (İsveçrə) - "Noa" (Ermənistan)
22:30 "Austriya" (Avstriya) - "Beytar" (İsrail)