İdman24
Digər · APA Sport

Azərbaycan Kuboku: 3700-cü qol

Azərbaycan Kubokunda yubiley qolu qeydə alınıb.

Apasport.az xəbər verir ki, turnirin tarixində 3700-cü qol I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” qarşılaşmasında vurulub.

Qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Kənan Mirzəliyev fərqlənərək yubiley qolunun müəllifi olub. Onun matçda sonuncu, cari mövsümdə isə 23-cü olan qolu turnirin tarixinə 3700-cü top kimi düşüb.

1992-ci ildən keçirilən Azərbaycan Kubokunda indiyədək 1216 qarşılaşma baş tutub. Bu görüşlərdə vurulan qolların ümumi sayı 3713-ə çatıb.

Qeyd edək ki, turnirin tarixində ilk qolun müəllifi 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) heyətində fərqlənən Elnur Əsgərov olub.

Orijinal mənbə

İdman24 əsas səhifə