Türkiyə millisinin heyəti açıqlanıb

Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti açıqlayıb.
Apasport.az xəbər verir ki, Kenan Yıldız zədəsinə görə yığmaya dəvət almayıb. O, müalicəsini “Yuventus”un düşərgəsində davam etdirəcək.
Əvvəlki toplanışda heyətdə yer alan Kerem Aktürkoğlu, İrfan Can Kahveci və Altay Bayındır da bu dəfə milliyə çağırılmayıblar.
Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdalen, Uğurcan Çakır.
Müdafiəçilər: Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Mustafa Eskihellaç, Merih Demiral, Ozan Kabak, Zeki Çelik.
Yarımmüdafiəçilər: Arda Güler, Can Uzun, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan.
Hücumçular: Aral Şimşir, Barış Alper, Deniz Gül, Enes Ünal, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün.
Qeyd edək ki, Türkiyə noyabrın 12-də İzmir şəhərində Belçika, 15-də isə səfərdə Fransa ilə qarşılaşacaq.