İdman24
Futbol · Report İdman

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 25° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib Energetika 21 sentyabr, 2026 22:19 "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə "Report" a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə SOCAR və ".ART Zone" incəsənət platformasının birgə həyata keçirdiyi "SOCART" layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin XX əsrdə Azərbaycanın enerji tarixində ilk uzunmüddətli beynəlxalq neft sazişi olmaqla ölkənin yeni neft strategiyasının təməlini qoyduğunu bildirib.

"Prezident İlham Əliyevin həmin strateji kursu yeni dövrün reallıqlarına uyğun davam etdirməsi nəticəsində isə "Əsrin müqaviləsi" 2050-ci ilədək uzadıldı, Azəri-Mərkəzi-Şərqi və AÇG-nin sərbəst qaz layihələri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, 1994-cü ildə verilmiş tarixi qərarın miqyası bir müqavilənin müddətini də, bir əsrin sərhədlərini də aşdı. AÇG XX əsrdə Azərbaycanın yeni neft tarixini başladan, XXI əsrdə isə yeni layihələr və yeni enerji imkanları ilə inkişafını davam etdirən, iki əsri əhatə edən mühüm strateji enerji layihələrindən birinə çevrildi", - nazir diqqətə çatdırıb.

Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın dayanıqlı inkişafındakı rolundan bəhs edən SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji resurslarından əldə edilən gəlirlərin məqsədyönlü şəkildə ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, müasir infrastrukturun, yeni istehsalat sahələrinin yaradılmasına və rəqabətli insan kapitalının formalaşdırılmasına möhkəm zəmin yaratdığını qeyd edib.

R. Nəcəf çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni enerji strategiyasına uyğun olaraq SOCAR-ın beynəlxalq enerji şirkəti kimi mövqeyinin daha da gücləndirilməsi, fəaliyyət coğrafiyasının genişləndirilməsi və investisiya portfelinin şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. SOCAR prezidenti cari ildə "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınması, eləcə də "Baleine" layihəsi üzrə iştirak payının əldə olunması proseslərinin uğurla tamamlandığını deyib. SOCAR prezidenti, həmçinin Özbəkistanın "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi çərçivəsində genişmiqyaslı seysmik kəşfiyyat və qazma işlərinə başlanıldığını, habelə Özbəkistanda SOCAR brendi altında beş yeni yanacaqdoldurma məntəqəsinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə regional prezidenti Cio Kristofoli çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edib, bp-nin əməliyyatçısı olduğu nəhəng Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin Azərbaycanın aparıcı enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. O, bu layihələrin təhlükəsiz və uğurlu icrasında əməyi olan bütün neftçilərə, eləcə də Azərbaycan hökumətinə, SOCAR-a və bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra veteran neftçi Eldar Mehdiyev neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Daha sonra "Açıqcalarda yazılan talelər" sənədli filminin tanıtım videoçarxı nümayiş olunub.

Tədbir geniş bədii hissə ilə davam etdirilib.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Aqşin Rafiqoğlu Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Баку состоялось мероприятие по случаю годовщины "Контракта века" и Дня нефтяника USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 00:37 "Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər Digər ölkələr 00:15 Ərdoğan Türkiyənin Liviyada sabitliyi dəstəklədiyini bildirib Region 23:51 Foto Serbiyanın energetika naziri ölkədə yanacaq qıtlığının olmayacağını açıqlayıb Digər ölkələr 23:32 ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib Digər ölkələr 23:28 Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur Region 23:24 ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb Digər ölkələr 23:06 ABŞ-nin beş telekanalı Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmağı dayandırıb Digər ölkələr 23:01 Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib Xarici siyasət 23:00 SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə