İdman24
Digər · APA Sport

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Sentyabrın 3–6-də Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) təmsil edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə