Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası beynəlxalq yarışda medal qazanıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası beynəlxalq yarışda medal qazanıb İKT 29 sentyabr, 2026 12:54 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin Şanxay şəhərində sentyabr 22–27-də keçirilən "WorldSkills Shanghai 2026" beynəlxalq yarışda Azərbaycan kibertəhlükəsizlik bacarığı üzrə təmsil olunub.
Bu barədə "Report" a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.
Bildirilib ki, ölkəni bu istiqamətdə təmsil edən İRİA-nın İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq "Medal of Excellence" mükafatına layiq görülüblər. Eyni zamanda, Yusif Kazımlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 5-ci təlim dalğasını birinciliklə başa vurub. Yüksək peşəkarlıq və praktiki bacarıqları qiymətləndirən bu medal Azərbaycanın "WorldSkills" tarixində kibertəhlükəsizlik üzrə qazandığı ilk mükafatdır.
Kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycan komandasının seçimi və yarışa hazırlığı isə İRİA nəzdində fəaliyyət göstərən AKM-də təşkil olunub. Seçim və hazırlıq prosesi İRİA, Peşə Təhsili üzrə Dövlət Agentliyi və "WorldSkills Azərbaycan"ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Əldə etdiyi nəticə ilə Azərbaycan komandası Hindistan, Koreya, Tailand, Yaponiya, Malayziya, Avstraliya və Braziliya daxil olmaqla, bir sıra ölkələrin komandalarını qabaqlayıb. Bundan başqa, Azərbaycan komandası kibertəhlükəsizlik üzrə "Kibertəhdidlərə qarşı müdafiə həllərinin tətbiqi" alt istiqamətində iştirak edən komandalar arasında daha yüksək nəticəni göstərib.
Namizədlərin seçimi "Capture The Flag" (CTF) formatında keçirilən mərhələlər əsasında aparılıb. İlk seçim mərhələsi olan CTF-1 ötən il dekabrın 20-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 80 namizədin iştirakı ilə keçirilib. 2026-cı ilin yanvarında keçirilən CTF-2-nin nəticələrinə əsasən seçilən 10 namizəd fevral–avqust aylarında Mərkəzdə intensiv hazırlıq proqramına cəlb olunub. Hazırlıq proqramı "WorldSkills" yarışının tələblərinə uyğun olaraq kibertəhlükəsizlik üzrə nəzəri biliklərin möhkəmləndirilməsi və praktiki bacarıqların inkişaf etdirilməsini əhatə edib.
"WorldSkills Shanghai 2026"da kibertəhlükəsizlik üzrə əldə olunan nəticə Azərbaycanı təmsil edən iştirakçıların beynəlxalq peşə bacarıqları platformasında göstərdiyi hazırlıq səviyyəsini nümayiş etdirib. Eyni zamanda, seçim və hazırlıq prosesinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sistemli şəkildə təşkil olunması gənc mütəxəssislərin beynəlxalq yarışlara hazırlanması istiqamətində həyata keçirilən işlərin nəticəsini göstərir", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Elşən Aydınov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 14:34 Fərid Osmanlı: "Dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri dövlət tərəfindən həyata keçirilir" ASK 14:31 Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb Xarici siyasət 14:31 Foto Azərbaycan Çinin innovativ pambıq əkini texnologiyaları ilə tanış olub ASK 14:29 Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib Region 14:29 Naxçıvanda əmtəəlik elektrik enerjisi istehsalı 3 %-ə yaxın artıb Energetika 14:22 Azərbaycanda ləğv prosesində olan 7 bankın əmlakları hərraca çıxarılır Maliyyə 14:20 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Xarici siyasət 14:16 Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının Genişləndirilməsini Maliyyələşdirir İnfrastruktur 14:02 Fransada etirazçılar məktəbləri bloklayır, 14 nəfər saxlanılıb - YENİLƏNİB Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.