Digər · APA Sport
Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib

“Beşiktaş”da prezident seçkisi başa çatıb.
Apasport.az xəbər verir ki, seçkidə yeganə namizəd olan Serdal Adalı istifadə olunan 3910 səsdən 3815-ni toplayaraq yenidən klub prezidenti seçilib.
Səslərin 37-si etibarsız, 58-i isə boş olub.
Qeyd edək ki, Adalı və yeni idarə heyəti 2028-ci ilin mayına qədər vəzifədə olacaq.