Formula 1 · APA Sport
Formula 1-də yeni dəyişikliklər - YARIŞ MƏSAFƏSİ AZALDILIR

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1-in 2027-ci il mövsümündən tətbiq olunması planlaşdırılan bir sıra qayda dəyişikliklərini təsdiqləyib.
Apasport.az xəbər verir ki, əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 km-dən 290 km-ə endirilməsidir.
Bundan sonra trasdan asılı olaraq qran prilər təxminən 2-3 dövrə qısa olacaq. Bu dəyişiklik mühərrik qaydalarına edilən yeniliklərlə əlaqədardır.
Bundan əlavə, yağış və digər fövqəladə hallar zamanı yarışların keçirilməsi ilə bağlı qaydalar da dəyişdiriləcək. Hazırda tətbiq olunan startdan finişədək maksimum 3 saatlıq məhdudiyyət ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatacağı sabit vaxt müəyyənləşdiriləcək.