İdman24
Digər · APA Sport

Paracüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.

İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.

Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.

Orijinal mənbə

İdman24 əsas səhifə