Futbol · APA Sport
“Araz-Naxçıvan”dan növbəti transfer - RƏSMİ

"Araz-Naxçıvan" növbəti transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, komanda Rövlan Muradovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Qəbələ” klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə” komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.