Futbol · APA Sport
“Barselona” müdafiəçisi ilə müqaviləni uzatdı: Xüsusi bənd əlavə olundu

“Barselona” futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi daha iki mövsüm “Barselona”nın formasını geyinəcək. Yeni müqaviləyə əsasən, tərəflərin hər biri 2027-ci ilin yayında sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.
Qeyd edək ki, danimarkalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. Kristensen indiyədək komandanın heyətində 98 matçda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.