Digər · APA Sport
Atletlərimiz 35-ci Qusman Qosanov Memorialında qüvvəsini sınayacaqlar

Azərbaycan milli atletika komandasının üzvləri 30 iyun - 1 iyul tarixlərində Qazaxıstanın Çimkənd şəhərində keçiriləcək 35-ci Qusman Qosanov Memorialında ölkəmizi təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda Rüstəm Məmmədov və Yekaterina Sariyeva üçtəkanla tullanma, İlahə Quliyeva və Cavid Məmmədov 400 metr məsafəyə qaçış, Cabir Əliyev və Kəsgin Abbaszadə isə uzunluğa tullanma növlərində mübarizə aparacaqlar.
Milli komandamızın üzvləri beynəlxalq turnirdə uğurlu çıxış edərək yüksək nəticələr qazanmağa çalışacaqlar.