İdman24
Döyüş İdmanı · APA Sport

U-17 DÇ: Rəna Nuriyeva ilk görüşdə uduzdu

Azərbaycan güləşçisi Rəna Nuriyeva Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə məğlub olub.

Rəna Nuriyevanın təsəlliverici görüşə vəsiqə qazanması üçün rəqibinin finala yüksəlməsi lazımdır.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Dünya çempionatında Azərbaycanı 29 güləşçi təmsil edir.

Orijinal mənbə

İdman24 əsas səhifə