İdman24
Digər · APA Sport

Braziliya millisinin sabiq üzvü HƏBS EDİLİB

Braziliya millisinin sabiq qadın yarımmüdafiəçisi Gabi Morais narkotik ticarətindən əldə olunan pulların yuyulmasında şübhəli bilinərək həbs edilib.

Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Komando Vermelyo” cinayətkar təşkilatına qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılıb.

İstintaqın versiyasına görə, o, qanunsuz gəlirlərin yuyulmasına və təşkilatın maraqları naminə kommersiya danışıqlarına kömək edib.

Əməliyyat zamanı onun qardaşı Joao Paulo Karneyro de Morais də həbs olunub.

Orijinal mənbə

İdman24 əsas səhifə