Formula 1 · F-1.az
Həcər: Yaxşı sürücü keçmişdə də dərhal seçilib

İshaq Həcər gənc sürücülərin indi Formula 1-ə əvvəlki nəsillərin nümayəndələri ilə müqayisədə daha tez və daha asan uyğunlaşması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, bu, onların ixtiyarında ən müasir texnologiyaların, o cümlədən simulyatorların olması və avtomobillərin indi fərqli olması ilə izah edilməməlidir.