Döyüş İdmanı · APA Sport
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib

Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.
Apasport.az xəbər verir ki, ilk dəfə keçirilən turnir AGF və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığı ilə baş tutub.
U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Turnirin ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U-23 dünya çempionu, U-15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.
Qeyd edək ki, belə yarışların keçirilməsində məqsəd perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.