Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 11° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Digər ölkələr 09 noyabr, 2026 05:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Konqresə 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri ola biləcəyini inkar etməyib.
"Report" un məlumatına görə, Amerika lideri bu barədə "CBS News"a müsahibəsində bildirib.
Jurnalist Trampdan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin respublikaçıların məğlubiyyətini Amerika seçiciləri arasında İrana qarşı müharibənin populyar olmaması ilə əlaqələndirən açıqlamalarına münasibət bildirməsini istəyib.
"Mən bununla mübahisə etmirəm", - Tramp cavab verib.
Belə olduqda jurnalist onun Vensin mövqeyi ilə razılaşıb-razılaşmadığını dəqiqləşdirmək istəyəndə Prezident sözlərini təkrarlayıb: "Mən bu barədə mübahisə etmirəm".
Tramp həmçinin bildirib ki, Vens "X" sosial media hesabında açıqlamasını dərc etməzdən əvvəl onun fikrini soruşub. Prezident cavab olaraq vitse-prezidentin uyğun bildiyi hər şeyi yazmağa dəvət edib.
Müsahibə zamanı Tramp həmçinin İrana qarşı hərbi əməliyyatları daha da gücləndirməyi planlaşdırmadığını bildirib. "Mən buna can atmıram. Düşünmürəm ki, bunun üçün hər hansı səbəb var", - o deyib.
Jurnalistin İranın hələ də zənginləşdirilmiş uran ehtiyatlarına sahib olub-olmaması ilə bağlı şərhinə cavab olaraq Tramp iddia edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində onlar dağıntılar altında basdırılıb.
"O, minlərlə ton qayanın altında basdırılıb", - ABŞ Prezidenti əlavə edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Президент США допустил, что война с Ираном повлияла на поражение республиканцев на выборах --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 06:01 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Digər ölkələr 05:58 Foto Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Xarici siyasət 05:35 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Digər ölkələr 05:05 Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil Digər ölkələr 04:39 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Region 04:08 Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir Digər ölkələr 03:49 Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb Digər ölkələr 03:27 ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir Digər ölkələr 03:20 Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.