FİFA: UEFA İnfantinonu təqib edir

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia FIFA: UEFA İnfantinonu təqib edir Futbol 29 sentyabr, 2026 11:25 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA UEFA-nı öz prezidenti Canni İnfantinonu təqib etməkdə və təşkilat rəhbərinin seçkilərinə təsir göstərməyə cəhddə ittiham edib.
"Report" un "Sky News"a istinadən verdiyi məlumata görə, buna səbəb dünya çempionatlarında payların özəl investorlara satılması ilə bağlı layihənin baş tutmaması ətrafında yaranan mübahisə olub və ittihamlar FİFA-nın Mayami məhkəməsinə təqdim etdiyi sənədlərdə yer alıb.
Təşkilat "FIFA Forward Enterprise" layihəsi üzrə bütün materialların təqdim edilməsi ilə bağlı UEFA-nın sorğusunun qəbul edilməməsinə çalışır.
"UEFA-nın hərəkətləri sorğunun təqib məqsədilə verildiyini göstərir", - FİFA-nın hüquqşünasları bildiriblər.
UEFA qapalı layihə ilə bağlı sənədləri tələb edərək idarəetmədə cinayət tərkibli pozuntu ittihamı ilə İnfantinoya qarşı iş başlada biləcəyini bildirib.
FİFA bu iddianı rədd edib. "UEFA heç bir əsas olmadan cənab İnfantinonun "FIFA Forward Enterprise" təklifindən şəxsən faydalanmağa çalışdığını ehtimal edir", - məhkəmə sənədində deyilir.
Mübahisə 2027-ci ilin mart ayında keçiriləcək FİFA prezidenti seçkiləri ərəfəsində başlayıb. İnfantino bu seçkilərdə iştirak edərək yenidən seçilmək niyyətindədir. UEFA ona verdiyi dəstəyi geri çəksə də, hələlik başqa namizəd irəli sürməyib. Namizədlərin irəli sürülməsi müddəti noyabrda başa çatır.
FİFA həmçinin iddia edir ki, seçkilərdən qısa müddət əvvəl UEFA bu sorğunu və daha üç müraciəti təqdim edərək İnfantino haqqında yalan məlumatlar yayıb. Təşkilat məhkəməni bu yolla seçkilərə təsir göstərmək cəhdlərini rədd etməyə çağırıb.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Aynur Əsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано ФИФА заявила о преследовании Инфантино со стороны УЕФА FIFA accuses UEFA of 'misinformation campaign' in response to filing USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 12:43 Sabah rayonlara yağış yağacaq Ekologiya 12:30 Foto Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb ASK 12:28 "AzərEnerji" ixrac gəlirlərini 66 % artırıb Energetika 12:28 Foto FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib Xarici siyasət 12:19 İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır Futbol 12:18 Foto Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Fərdi 12:14 Foto İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Futbol 12:12 Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir" Fərdi 12:12 Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.