Futbol · APA Sport
La Liqa: “Barselona”dan darmadağın

İspaniya La Liqasında IV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçı Valensiya şəhərində keçirilib.
Şəhərin eyniadlı komandası öz meydanında son çempion "Barselona"nı sınağa çəkib.
Kataloniya təmsilçisi rəqibini 5 cavabsız qolla darmadağın edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 12 xalla "Barselona" başçılıq edir. Aktivində 1 xalı olan "Valensiya" isə sonuncu - 20-ci yerdə qərarlaşıb.