Futbol · APA Sport
“Turan Tovuz”dan müdafiəçi transferi

"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda müdafiəçi Filip Damyanoviçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, serbiyalı oyunçu ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats” Türkiyədə “Konyaspor”un formasını geyinib.