İdman24
Digər · APA Sport

“Bayer”i İngiltərə klubuna dəyişdi - RƏSMİ

"Bayer"in yarımmüdafiəçisi Esekiel Palasios “İpsviç”ə transfer olunub.

Apasport.az xəbər verir ki, İngiltərə klubu 27 yaşlı futbolçunun keçidini rəsmən açıqlayıb.

Razılaşmaya əsasən, Argentina millisinin üzvü ilə 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Premyer Liqa klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyb. “Bayer” əlavə olaraq 5 milyon avroya qədər bonus əldə edə bilər.

Qeyd edək ki, Palasios 2020-ci ildən Bundesliqa təmsilçisində çıxış edirdi.

Orijinal mənbə

İdman24 əsas səhifə