İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 11° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Fərdi 24 noyabr, 2026 17:58 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub.

"Report" un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri finalda Tevfik Akkası (Türkiyə) məğlub edib.

Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib. O, bununla da Azərbaycan boksunda yeni tarix yazıb.

Millimizin heyətində gənclər arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19 yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb. Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Азербайджанский боксер в третий раз подряд стал чемпионом Европы Azerbaijan's Nazarov claims third consecutive European boxing title --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 12:11 Foto Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Xarici siyasət 12:10 Abas Miskərli: "Açıq bankçılıq sığorta əməliyyatlarını asanlaşdıracaq" Maliyyə 12:02 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Ekologiya 12:00 Foto Din xadimləri Qəbələdə dini həmrəylik və birgəyaşayış mövzusunu müzakirə ediblər Din 12:00 Xosep Qvardiola İtaliya millisinin təklifindən imtina etdiyini açıqlayıb Futbol 11:59 AMB: Sığortaçılar müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər Maliyyə 11:56 Qazaxıstanda "Kazatomprom"un idarə heyətinin üzvləri saxlanılıb Region 11:47 "Birbank"dan yeni rəqəmsal imkan: Bank çıxarışınızı özünüz hazırlayın İKT 11:43 Foto Ülvi Mehdiyev Şahbaz Şəriflə "Pakistan ASAN xidmət" mərkəzinin genişləndirilməsini müzakirə edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə