İdman24
Digər · APA Sport

"Samsunspor"dan "Olimpiakos"a - RƏSMİ

"Samsunspor"un hücumçusu Marius Muandilmandjinin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu "Olimpiakos"a transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunanıstan təmsilçisi çadlı oyunçu üçün "Samsunspor"a 9 milyon avro ödəyəcək. Futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Marius Muandilmadji "Samsunspor"da 2023-cü ildən çıxış edirdi.

Orijinal mənbə

İdman24 əsas səhifə