FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşməsi barədə paylaşım edib

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib Futbol 29 sentyabr, 2026 18:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 milli komandası ilə görüşü barədə paylaşım edib.
"Report" xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı qeydlərdə Azərbaycan millisinin bir neçə həftə sonra ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına hazırlığını qeyd edib.
İnfantino Azərbaycan U-15 millisi ilə görüşünə sevindiyini bildirib. Qurum rəhbəri Bakıda yaradılmış gənclər futbolu infrastrukturu ilə tanış olduğunu diqqətə çatdırıb.
FIFA prezidenti gənc futbolçularla ünsiyyətin və Bakıda yaradılmış müasir futbol infrastrukturunun FIFA-nın hər bir istedada özünü göstərmək imkanı yaratmaq və gələcək nəsil üçün yeni inkişaf yolları açmaq öhdəliyini nümayiş etdirdiyini vurğulayıb.
Canni İnfantino paylaşımında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə də dəstəyinə və rəhbərliyinə görə təşəkkür edib.
O, Azərbaycan U-15 milli komandasına və AFFA-ya doğma meydanda tarix yazmağa hazırlaşdıqları turnirdə uğurlar arzulayıb.
Qeyd edək ki, FIFA U-15 Dünya Kuboku və Festivalı ilk dəfə 2026-cı ildə Bakıda keçiriləcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Джанни Инфантино поделился публикацией о встрече со сборной Азербайджана U-15 USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:34 Foto Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib Hərbi 18:32 Aİ Suriyanın minalardan təmizlənməsi üçün 51 milyon avro ayıracaq Digər ölkələr 18:23 "Sumqayıt" heyətini amerikalı basketbolçu Aleks Holtla gücləndirib Komanda 18:19 Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub Xarici siyasət 18:18 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Maliyyə 18:17 Foto Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Hərbi 18:04 Foto FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib Futbol 18:02 Daşkənddə "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda tədbir keçirilib Xarici siyasət 18:00 İraqı sonuncu İtaliya hərbçisi tərk edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.