Elxan Səmədov: "Xankəndi" azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elxan Səmədov: "Xankəndi" azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır" Futbol 19 noyabr, 2026 22:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır.
Bunu "Report" a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.
Qurum rəhbəri canlı olaraq izlədiyi "Xankəndi" - "Karvan-Yevlax" oyununun Xankəndi stadionunda keçirilməsinin əhəmiyyətindən danışıb:
"İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş, yenidən qurulmuş Xankəndi şəhər stadionunda ölkə çempionatının oyununu izləmək bizim üçün çox xoşdur. Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq. Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu stadionun gələcəkdə daha da maraqlı və yaddaqalan qarşılaşmalara ev sahibliyi edəcəyinə inanırıq. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk".
O, Xankəndiyə gəldiyi və burada matçı izlədiyi üçün xüsusi hisslər keçirdiyini söyləyib:
"Prezident İlham Əliyevin iştirakı ilə stadionun yenidən istifadəyə verilməsindən bir neçə gün sonra bu şəhərdə çempionat oyununun keçirilməsi Azərbaycan futbolu adına mühüm hadisədir. Futbolun belə gözəl stadionlarda oynanılması, inkişaf etməsi və insanları bir araya gətirməsi çox vacibdir. Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə bu gün stadionda gördüyümüz mənzərə, azarkeşlərin marağı və futbol ab-havası bizi sevindirir. İnanıram ki, bu cür oyunlar bölgədə futbol ənənələrinin bərpasına və gənclərin idmana marağının artmasına töhfə verəcək. Arzumuz odur ki, Xankəndidə futbol mütəmadi olaraq davam etsin və bu stadionun tribunaları hər zaman dolu olsun".
E. Səmədov klubun ev oyunlarını Xankəndidə keçirməsinin hər kəs üçün arzulanan məsələ olduğunu bildirib:
"Bunun üçün ilk növbədə müvafiq infrastrukturun və şəraitin təmin olunması vacibdir. Hazırda komandanın mövsümün qalan ev oyunlarını bu stadionda keçirməsi nəzərdə tutulur. Bu, həm komanda, həm də "Xankəndi" azarkeşləri üçün mühüm fürsətdir. Gələcəkdə komandanın burada daimi məskunlaşması məsələsinə də müsbət yanaşırıq. Təbii ki, bu proses klubun planlarından, infrastruktur imkanlarından və aidiyyəti qurumlarla aparılacaq müzakirələrdən asılı olacaq".
PFL prezidenti komandanın Premyer Liqaya yüksələcəyi təqdirdə, rəqiblərini Xankəndi şəhər stadionunda qəbul edə biləcəyini vurğulayıb:
"Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. Bu isə o deməkdir ki, Xankəndi sakinləri də gələcəkdə bu cür mötəbər hadisələrin bir parçası olacaqlar".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.