İdman24
Digər · APA Sport

Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb

Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turunda keçiriləcək "Borussiya" (Dortmund, Almaniya) – "Vilyarreal" (İspaniya) qarşılaşmasını idarə edəcək.

Tural Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə