Digər · APA Sport
Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mehriban Şahməmmədova karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, yığmamızın qapıçısı "Kocaeli" klubunda oynayacaq.
Qolkiper I Liqa təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, ötən mövsümü ALG klubunda keçirmiş Mehriban 2024-cü ildən millimizdə çıxış edir.