Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib"

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib" Futbol 20 oktyabr, 2026 14:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşacaq "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib.
Bunu "Report" a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.
"Sabah" Azərbaycanı təmsil edir və hamı onları dəstəkləyəcək. Komanda son matçlarda yaxşı oyun nümayiş etdirərək, güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib. Düzdür, onlar hələ bu səviyyədə rəqiblə oynamayıblar. Amma inanıram ki, baş məşqçi rəqibi hərtərəfli təhlil edib və xüsusi plan hazırlayıb. Çox maraqlı qarşılaşma olacaq. Doğma azarkeşlər önündə oynamaq da əlavə üstünlükdür", - deyə o vurğulayıb.
Sabiq müdafiəçi rəqib komandanın illər ərzində çox dəyişdiyini bildirib:
"Biz "Borussiya"ya qarşı oynayanda rəqibin heyətində başqa futbolçular yer alırdı, baş məşqçisi fərqli idi. "Sabah" tamamilə başqa heyətlə qarşılaşacaq. Ümumiyyətlə, həm futbol dəyişib, həm də komandalar. Ona görə də əvvəlki dövrlə indini müqayisə etmək çətindir. Dortmund təmsilçisi Almaniyanın öncül klublarından biridir".
M.Medvedev Bakı təmsilçisinin bu qarşılaşmada xal qazanmaq şansını dəyərləndirib:
"Təbii ki, şans var. Çünki komanda son oyunlarda baxımlı futbol nümayiş etdirir, oyunda tempi tənzimləyə bilir, taktiki gedişləri yaxşı alınır. Məşqçi işi aydın görünür, heyətdə keyfiyyətli futbolçular var. "Sabah"ı hazır kollektiv saymaq olar. Ona görə də yaxşı nəticə əldə edə bilərlər".
Qeyd edək ki, "Sabah" – "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 15:36 Ev, otaq yoldaşı və usta — bir ünvanda: Birev.az Sosial müdafiə 15:27 Foto Video "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 15:23 Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib ASK 15:22 Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib Digər ölkələr 15:15 Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər Region 15:14 ABŞ-də sorğu: Əhalinin 33 %-i uğursuz edamın təkrarlanmasını müdafiə edir Digər ölkələr 15:13 "Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib Biznes 15:10 AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb Fərdi 15:08 "Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.