İdman24
Digər · APA Sport

Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”

Fransa millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evranın anası vəfat edib.

Apasport.az xəbər verir ki, keçmiş müdafiəçi kədərli xəbəri sosial şəbəkə hesabında açıqlayıb.

Evra anasının vəfatından sonra hisslərini bölüşüb:

“Həyatımdakı ən vacib insanı itirdim, amma pozitiv qalmağa çalışıram.

Anası hələ həyatda olan hər kəsə səslənirəm. Xahiş edirəm, imkanınız olduğu müddətdə ona onu sevdiyinizi deyin.

Ana sevgisi əbədidir. Rahat uyu, ana.

Sən həmişə qəlbimdə olacaqsan”.

Qeyd edək ki, 45 yaşlı Patris Evra futbolçu karyerası ərzində “Monako”, “Mançester Yunayted”, “Yuventus”, “Marsel” və “Vest Hem” kimi klublarda çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə