Digər · APA Sport
“Fənərbaxça”da növbəti ayrılıq

"Fənərbaxça"da növbəti ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Anderson Talişka komandanı tərk edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun iddiasına görə, braziliyalı vinger "Əl-Cəzirə" ilə anlaşıb.
O, tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün sabah BƏƏ-yə yollanacaq.
Qeyd edək ki, Talişka "Fənərbaxça"ya ötən mövsüm transfer olunmuşdu.